“Qaz İxrac” İdarəsinə məxsus “Lək” QPS-in girişin hissəsində quraşdırılan qurğunun dəyişdirilməsi və digər avadanlıqlarda aşkar olunan qaz sızmasının ləğvi ilə bağlı, bu gün işlər başa çatanadək “Lək” QPS-dən “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılıb.
İB-dən YeniAvropa-ya bildirilib ki, təmir aparılan müddətdə Ucar rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.