Moldovanın baş naziri Azərbaycanın işgüzar dairələri ilə görüşüb
Moldova Respublikasının baş naziri xanım Nataliya Qavrilitsa Azərbaycana səfəri çərçivəsində işgüzar dairələrin nümayəndələri ilə görüşüb.
YeniAvropa xəbər verir ki, Nataliya Qavrilitsa ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, aparılan müzakirələrin əməkdaşlığın inkişafında və yeni biznes əlaqələrinin qurulmasında rolunu qeyd edib, biznes dairələri arasında əlaqələrin genişləndirilməsinin, müxtəlif sahələrdə yeni birgə layihələrin icrasının önəmini diqqətə çatdırıb. Baş nazir Moldovada investisiyaların cəlb olunması, sahibkarlığın təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər barədə danışıb, biznes dairələrini fəal əməkdaşlığa dəvət edib.
Tədbirdə vurğulanıb ki, ticarət-investisiya əlaqələri Azərbaycan-Moldova əməkdaşlığının əsas istiqamətlərindəndir. Bu ilin yanvar-avqust ayları ərzində ticarət dövriyyəsi 4 dəfə, o cümlədən ixracımız ötən ilin eyni dövrü ilə müqayisədə 13 dəfə artıb. Azərbaycanda müxtəlif sahələrdə 30-dək Moldova şirkəti fəaliyyət göstərir.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkələrimizin tərəfdaşlıq əlaqələrini qeyd edib, keçirilən tədbirin iqtisadi-ticarət əlaqələrinin, işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb. İqtisadiyyat nazirinin müavini Azərbaycanda əlverişli biznes və investisiya mühiti, sahibkarlara dəstək mexanizmləri, azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq layihələri, sənaye zonalarının fəaliyyəti, Ələt Azad İqtisadi Zonasının imkanları barədə məlumat verib.
Görüşdə Moldovanın investisiya mühitinə dair təqdimat keçirilib, sahibkarların sualları cavablandırılıb, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi istiqamətləri barədə təkliflər səsləndirilib.
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq