logo

Bakıda Azərbaycan-Moldova işgüzar görüşü keçirilir

12:12 11-10-2022 | icon 2471
Bakıda Azərbaycan-Moldova işgüzar görüşü keçirilir

Oktyabrın 11-də Bakıda Moldova Respublikasının baş naziri Nataliya Qavrilitsanın Azərbaycan Respublikasının işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib.

YeniAvropa xəbər verir ki, Moldovanın baş naziri Nataliya Qavrilitsa ölkələrimiz arasında əlaqələrin inkişaf istiqamətlərindən danışıb, ölkəsinin Azərbaycan iqtisadiyyatına marağını qeyd edib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, Azərbaycan və Moldova tərəfdaşlıq münasibətlərini bütün istiqamətlərdə uğurla inkişaf etdirir. Qeyd edib ki, bugünkü görüş hər iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə, əlaqələrimizin genişlənməsinə öz töhfəsini verəcək.