“Lənkəran” QPS-də qaz qızdırıcı sobanın giriş xətti üzərində quraşdırılan siyirtmədə yaranmış qaz sızmasının ləğv edilməsi məqsədilə, bu gündən etibarən təmir işlərinin görülməsi planlaşdırılır.
“Azəriqaz” İB-dən YeniAvropa-ya bildirilib ki, təmir işləri aparılan müddətdə Lənkəran şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.