logo

AFFA “Qarabağ” və “Neftçi”ni 4000 manat cərimələyib

13:31 06-10-2022 | icon 1995
AFFA “Qarabağ” və “Neftçi”ni 4000 manat cərimələyib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İntizam Komitəsi (İK) "Qarabağ" və "Neftçi" klubunu 4000 manat məbləğində cərimələyib.

AFFA-dan YeniAvropa-ya bildirilib ki, buna hər iki komanda azarkeşlərinin VIII turda Azərbaycan derbisində təhqiramiz ifadələr işlətməsi səbəb olub.

İK "Səbail"in futbolçusu Qustavo de Fransaya bir oyunluq cəza verib. 26 yaşlı müdafiəçi "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. "Dənizçilər" bunun üçün 200 manat ödəyəcək.

"Sumqayıt"a 1600 manat məbləğində cərimə kəsilib. "Gənclik şəhəri" təmsilçisinin fanatları "Kəpəz"lə qolsuz heç-heçə etdikləri matçda meydana kənar əşyalar atıb. Gəncə klubu isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, "Qarabağ" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib.