logo

Hökumət Bakının nəqliyyat problemini müşavirəyə çıxardı

19:29 03-10-2022 | icon 4816
Hökumət Bakının nəqliyyat problemini müşavirəyə çıxardı

Oktyabrın 3-də baş nazir Əli Əsədovun sədrliyi ilə nəqliyyat sahəsində mövcud vəziyyətə, problemlərin və qarşıda duran vəzifələrin həllinə həsr olunan işçi müşavirə keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, müşavirədə aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, paytaxtda yol-nəqliyyat sahəsində mövcud problemlər geniş müzakirə olunub, qarşıda duran vəzifələrin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.