Oktyabrın 5-6-da Moskvada 2-ci Xəzər İqtisadi Forumu keçiriləcək.
YeniAvropa xəbər verir ki, forumda Xəzəryanı dövlətlərin baş nazirləri iştirak edəcəklər. Forumda Xəzər ətrafındakı dövlətlərin iqtisadi əməkdaşlıq, nəqliyyat-tranzit əlaqələri müzakirə ediləcək.
Regionda cərəyan edən prosesləri nəzərə alaraq Xəzər dənizində təhlükəsizlik məsələləri də nəzərdən keçiriləcək.
Forumda İranı birinci vitse-prezident Məhəmməd Mühbirin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.