“Bakı Telefon Rabitəsi” MMC(Baktelecom) fiber optik (GPON) şəbəkənin mövcud olmadığı ərazilərdə yaşayan internet istifadəçiləri üçün “Kollektiv müraciət aləti” yaradıb.
Qurumdan YeniAvropa-ya bildirilib ki, vətəndaşın yaşadığı ərazidə fiber optik internetə qoşulmaq istəyən ən azı 10 ev varsa qeydiyyatdan keçmək olar və bu halda həmin ərazini daha tez optikləşdirmək mümkündür.