Bakıda Azərbaycan–Pakistan Texnologiya Forumu keçirilib
Sentyabrın 29-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və Pakistan–Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) təşkilatçılığı ilə Azərbaycan–Pakistan Texnologiya Forumu keçirilib.
RİNN-dən YeniAvropa-ya bildirilib ki, foruma hər iki ölkədən müxtəlif sahələri təmsil edən şirkətlərin nümayəndələri qatılıblar.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında Azərbaycan və Pakistan arasında qarşılıqlı etimada, dəstəyə və faydalı əməkdaşlığa əsaslanan güclü tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu, bu il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinin qeyd edildiyini bildirib.
Nazir əlavə edib ki, prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “yaradıcı və innovativ cəmiyyət”in qurulmasının zəruriliyi ifadə olunub: “Bu vizyonu həyata keçirmək üçün bizə innovasiya ekosistemi lazımdır. İxtiralar olmadan isə yenilik mümkün deyil. Beləliklə, sağlam təməl üzərində universitetlərin tədqiqat və inkişaf imkanları ilə dəstəklənən, elm və texnologiyaya əsaslanan güclü sənayeyə ehtiyac var. Biz Pakistanın texnologiya şirkətlərini Azərbaycanda tədqiqat mərkəzləri yaratmağa dəvət edirik”.
Qeyd olunub ki, biznes imkanlarının araşdırılması davamlı bir prosesdir. Bu, müntəzəm məlumat mübadiləsini və biznes icmaları arasında birbaşa əlaqələrin təşviqini tələb edir. Azərbaycan–Pakistan Texnologiya Forumu bu cür məlumat mübadiləsini təşviq etmək və yeni işgüzar münasibətləri asanlaşdırmaq üçün effektiv platforma rolunu oynayacaq.
Forumda AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye, PAKAZCHAM-ın prezidenti Xürrəm Bhatti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin(KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Pakistan Proqram İxrac Şurasının Kommersiya direktoru Zeeşan Rehman Xattak çıxış edib.
Tədbir çərçivəsində Azərbaycan və Pakistanın texnologiya şirkətləri tərəfindən təqdimatlar nümayiş olunub.
Forum B2B və B2G formatında görüşlərlə davam edib.
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq