logo

AMB:Ümumi dövriyyədə nağdsız ödənişlərin payı 41 %-dir

12:32 29-09-2022 | icon 2506
AMB:Ümumi dövriyyədə nağdsız ödənişlərin payı 41 %-dir

Azərbaycan Mərkəzi Bankı rəqəmsal ödənişlərin stimullaşdırılması üzərində çalışır.

 YeniAvropa xəbər verir ki, bu sözləri Mərkəzi Bankın baş direktoru Fərid Osmanov “Azərbaycanda fintex ekosistemi - bu gün və sabah” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, 2021-ci ildə rəqəmsal ödənişlərə dair strategiya qəbul edilib və buna uyğun olaraq bu növ ödənişlərin inkişafı üzrə işlər aparılır: “Bundan başqa, yaxın zamanlarda ödəniş sistemləri haqqında qanunun qəbul olunması gözlənilir. Bu, elektron maliyyə xidmətlərinin inkişafını sürətləndirməyə imkan verəcək”.

F.Osmanov qeyd edib ki, ölkədə bank kartları ilə ödənişlərin sayı əhəmiyyətli dərəcədə artıb: “Bu gün Azərbaycanda 13 milyon kart mövcuddur və onlardan 9 milyonu təmassızdır. Ölkənin ümumi dövriyyəsində nağdsız ödənişlərin payı 41 faizə bərabərdir və biz bu göstəricini artırmağı hədəfləyirik”.