logo

Cüdoçumuz Avropa çempionatının finalına yüksəlib

18:58 17-09-2022 | icon 1813
Cüdoçumuz Avropa çempionatının finalına yüksəlib

Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatının finalına yüksəlib.

YeniAvropa xəbər verir ki, çempionatda 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda serbiyalı Milan Radula qalib gəlib. Eyni çəki dərəcəsində çıxış edən digər cüdoçumuz İsmayıl Zamanov bu raundda ukraynalı İvan Kutenkova uduzub. V.Talıbov qızıl medal uğrunda görüşdə İ.Kutenkovla üz-üzə gələcək. İsmayıl Zamanov isə bürün medal görüşündə macarıstanlı Peter Safrani ilə qarşılaşacaq.

Cüdoçumuz Ruslan Nəsirli (100 kq) yarımfinalda italiyalı Daniele Akkoqliyə uduzub. O, bürünc medal görüşündə daha bir italiyalı Yan Karlettiyə rəqib olub.

Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıblar.