“Qaz İxrac” İdarəsinə məxsus “Tüklə-Ordahal” yüksəktəzyiqli magistral qaz kəmərinin korroziyaya uğramış hissəsində yaranmış qaz sızmasının qarşısının alınması ilə əlaqədar olaraq, sentyabrın 14-də saat 13:00-dan etibarən təmir işləri başa çatanadək “Lerik”, “Ordahal”, “Yardımlı” və “Əngəvül” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azəriqaz” İstehsalat Birliyindən YeniAvropa-ya bildirilib ki, təmir işləri görülən müddətdə Yardımlı rayonunun (tam olaraq), Lerik rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.