Sentyabrın 9-da Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə Azərbaycan, Rusiya, İran rəsmiləri arasında görüş keçirilir.
YeniAvropa xəbər verir ki, iclasda Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın baş nazirinin müavini Aleksandr Novak və İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi iştirak edir.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan regionun nəqliyyat və logistika mərkəzində yerləşir. “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib.
Baş nazirin müavini bildirib ki, görüşün sonunda Bakı Bəyannaməsi imzalanacaq. Bu Bəyannamə regional əməkdaşlığın inkişafına və əlaqələrimizin möhkəmlənməsinə töhfə verəcək.