logo

Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib

12:52 08-09-2022 | icon 7133
Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib

Sentyabrın 8-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”(TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının iclası keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

İclasda “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in icraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə 2021-ci ilin 13 sentyabr tarixindən etibarən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib.

Qeyd edək ki, Vüqar Qurbanov Azərbaycan Tibb Universitetinin məzunudur. O, uzun illər həkim-nevropatoloq kimi fəaliyyət göstərib, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsində çalışıb.