ANAMA-nın yeni loqosunun təqdimat mərasimi olub
Sentyabrın 5-də Azərbaycan Respublikasının Minatəmizlə Agentliyinin(ANAMA) yeni loqosunun təqdimat mərasimi olub.
YeniAvropa xəbər verir ki, tədbirdə Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndələri, Agentliyin rəhbər şəxsləri, eləcə də media nümayəndələri iştirak ediblər.
Təqdim mərasimində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edərək Agentliyin məqsəd və vəzifələri, yeni loqosu haqqında məlumat verib.
Qeyd olunub ki, Vətən müharibəsində şanlı Ordumuzun qazandığı Qələbədən sonra Agentlik işğaldan azad edilmiş və müharibə təsirinə məruz qalmış ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, zərərsizləşdirilməsi, eləcə də bu sahə üzrə icra edilən fəaliyyəti əlaqələndirir.
ANAMA yeni vəzifə və öhdəliklərə, “Böyük Qayıdışa” doğru yolumuza Agentliyin yeni missiyasını əks etdirən loqo ilə addımlamaq niyyətindədir.
Bildirilib ki, səkkizguşəli ulduzdan ibarət yeni loqo yaradılış, yenilik, əbədiyyət rəmzi olaraq yeniliklərin yaradılması, yeni hədəflərə çatmağımızı əks etdirir. Mərkəzdəki dairə birlik və sabitlik rəmzi olaraq dövlət və vətəndaş birliyini, dəstəyini, bərabərlik şəklində sağlam addımlamağımızı ehtiva edir. Göy rəng sülh rəmzi olaraq, başımızın üzərindəki açıq səmanı, əmin-amanlığı, qurub-yaratmağı bildirir. Bütün elementlər isə ümumiləşərək günəşli sabaha – “Böyük Qayıdışa” - tam təhlükəsiz mühitin yaradılmasına yönəlir.
Daha sona Agentliyin leni loqosu haqqında videoçarx nümayiş olunub.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq