Cari ilin iyulunda Azərbaycana idxal olunan avtomobillərin sayı 6189 ədəd, dəyəri isə 80 milyon 761 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 6-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 5758-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 411-i yük daşımaq üçün, 14-ü isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.