Bakıda "Best of India" Ticarət Sərgisi açılacaq
Sentyabrın 2-də Bakı İdman Sarayında Best of India - Hindistan məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisi açılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, sərgi 1965-ci ildə Hindistan Ticarət Nazirliyi tərəfindən yaradılan ANM Exhibitions , Hindistan İxrac Təşkilatları Federasiyası və Hindistanın Bakıdakı səfirliyi ilə birgə təşkil olunacaq.
Xarici ölkələrdə ardıcıl olaraq təşkil olunan sərginin məqsədi Hindistan sənayesinin yüksək keyfiyyətli dəb, tekstil və həyat tərzi məhsullarını dünya ölkələrinə tanıtmaqdır.
Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar bildirib ki, “Best of India” sərgisinin doqquzuncu buraxılışı olacaq builki sərgidə özünün düyü, çay, ədviyyat, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək Hindistanın 65-ə yaxın şirkəti iştirak edəcək.
V.Kumarın sözlərinə görə, tədbirin əsas marağı sərginin ilk üç günü saat 13:00-dən saat 16:00-ya qədər davam edəcək “Hindistan yaradıcılığı səhnədə” eksklüziv canlı dəb nümayişi olacaq. Bütün bunlar ziyarətçilər üçün ödənişsiz təqdim olunacaq. Ziyarətçilər tədbirin davam etdiyi günlər ərzində istənilən vaxt Hindistan səfirliyinin stendində ödənişsiz olaraq Hindistan çayını dada bilərlər. Bundan əlavə, tədbir zamanı böyük LED ekranda Hindistanın turizm, mədəniyyət və investisiya imkanlarının təbliğatı məqsədilə Azərbaycan dilində subtitrlərlə videoların fasiləsiz nümayişi olacaq.
V.Kumar vurğulayıb ki, tədbirdə biznes və ticarətlə yanaşı, zəngin Hindistan mədəni irsinin nümunələri - xalq rəqsləri, Bollivud mahnılarının ifaları, ənənəvi alətlərdə ifa, xına (Mehndi) sənəti və s. vasitəsilə təmsil olunması da diqqət mərkəzində olacaq və bu da öz növbəsində “Best of India” tədbirinə əlavə dəyər qatacaq. Sərgiyə giriş ödənişsizdir.
Müvəqqəti işlər vəkili V.Kumar, həmçinin qeyd edib ki, Hindistan və Azərbaycan arasında tarixi əlaqələrə əsaslanan sıx dostluq münasibətləri mövcuddur. 2022-ci ilin yanvar-iyul aylarında Hindistan və Azərbaycan arasında ümumi ikitərəfli ticarət dövriyyəsi ötən ilə nisbətən 169,1 faiz artaraq 1,184 milyard ABŞ dolları təşkil edib. Bundan başqa, Hindistan və Azərbaycan arasında Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) proqramı çərçivəsində də genişlənməkdə olan əməkdaşlıq mövcuddur. Bu proqram Azərbaycanın təcrübəli mütəxəssislərin və tələbələrin potensiallarının artırılması üçün Hindistan dövlət qurumlarında bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edir.
lQeyd edək ki, sərgi sentyabrın 12-dək davam edəcək və ziyarətçiləri hər gün saat 11:00-dən 19:00-dək qəbul edəcək.
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır