Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsinə avqustun 28-də rayonun Sahil qəsəbəsi ərazisində “Tofaş” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini İ.Məmmədov avtomobillə birlikdə saxlanılıb.
Faktla bağlı rayon polis idarəsində təhqiqat davam edir.