Qurban bayramı münasibətilə iyulun 9-da Azərbaycan məscidlərində birgə bayram namazı qılınıb.
YeniAvropa xəbər verir ki, bayram namazı ölkəmizdə fəaliyyət göstərən bütün məscidlərdə, o cümlədən Bakının Təzəpir məscidində qılınıb.
Təzəpir məscidindəki dini ayin Hacı Şamil Rəsulovun imamətliyi ilə keçirilib.
İnsanlar məscidlərə axışaraq bayram namazı qılıb, dualar edib və Allahdan bağışlanmalarını diləyib.
Qeyd edək ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zülhiccə ayının 10-na – Miladi təqvimlə iyulun 9-na təsadüf edir. Şəriətə uyğun olaraq Qurban kəsimi iyulun 9-dan başlayaraq üç gün davam edə bilər.
Аzərbаycаndа Qurbаn bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elаn edilib.
Bu gün Azərbaycanda Qurban bayramının birinci günü qeyd olunur. Nazirlər Kabinetinin qərarına əsasən bayramla əlaqədar iyulun 9-u, 10-u, 11-i və 12–si iş günü hesab edilmir.