logo

Yasamal Yaşayış Kompleksindəki güzəştli  mənzillərin 60 %-i qeyri-qanuni yolla alınıb

16:16 08-07-2022 | icon 2023
Yasamal Yaşayış Kompleksindəki güzəştli  mənzillərin 60 %-i qeyri-qanuni yolla alınıb

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində güzəştli əsaslarla satışa çıxarılan 442 mənzilin 60 %-i xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə əldə edilib. 

 YeniAvropa xəbər verir ki,  bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma şöbəsinin müdiri Fərman Qurbanlı Dövlət Təhlükəsizlik Xidməti ilə birgə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, güzəştli mənzil sisteminin tətbiqinin əsas məqsədi mənzil almaq istəyənlərə şərait yaradılmasıdır: "Sistemə müdaxilə nəticəsində güzəştli mənzillərin 60 %-i qeyri-qanuni yolla satın alınıb. Bir sıra şəxslər əvvəlcədən əlbir olaraq qrup şəkildə onlara müraciət etmiş güzəştli mənsiz sistemi istifadəçilərinə qeyri-qanuni olaraq mənzil əldə etmək üçün proqram sistemi yaradıblar.

Güzəştli mənzil satışı sisteminin təməl prinsiplərindən biri olan bərabər şəraitin təmin olunmasıdır. Bu proqram təminatı bərabər şəraitin yaradılmasına ziddir. Satışa çıxarılan mənzillərin 60 %-dən çoxu bu yolla satın alındığı üçün bütün nəticələr ləğv edilib".