Qida Təhlükəsizliyi Agentliyi Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə təkcə bu il ölkə ərazisində heyvan satış mərkəzlərində 10 min monitorinq keçirib. Monitorinqlər zamanı yüzlərlə qanunsuz heyvan satışı aşkarlanıb. Qanunsuz kəsim məntəqələrindən nümunələr götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında analiz edilib. Həmin nümunələrdən sağlamlığa zərərli və təhlükəli maddələr aşkarlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov məlumat verib.
Onun verdiyi məlumata görə, ölkəyə gətirilən heyvanlar baytar nəzarətində karantində saxlanılır: “Daha sonra həmin heyvanlardan analizlər götürülür. Yalnız baytarlıq nəzarətindən sağlam keçən heyvanların satış və kəsiminə icazə verilir. Baş baytar müfəttişinin qərarı ilə 80 ölkədən heyvan ətinin gətirilməsinə qadağa qoyulub. Xaricdən gətirilən qurbanlıq heyvanların sağlamlığının yoxlanılması ilə bağlı məsələ daim nəzarətdə saxlanılır. Qurban bayramı ilə bağlı gətirilən heyvanlar da bu qaydada yoxlanılır”.