logo

İyulun 13-dəki mitinqin qarşısı alınacaq-DİN

10:30 08-07-2022 | icon 3514
İyulun 13-dəki mitinqin qarşısı alınacaq-DİN

Daxili İşlər Nazirliyinin mətbuat xidməti iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir.

"Ona görə də belə bir cəhd olarsa, onun qarşısı alınacaq. Bu zaman baş verə biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək",-deyə nazirliyin məlumatında qeyd olunub.