Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 6-da Gürcüstana səfərə gəlib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, birgünlük səfər çərçivəsində R.Nəbiyev Gürcüstanın baş naziri İrakli Qaribaşvili və onun müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında rabitə, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək.