logo

Mərkəzi Bankın xarici valyuta ehtiyatları 297 milyon dollar artıb

16:33 05-07-2022 | icon 2156
Mərkəzi Bankın xarici valyuta ehtiyatları 297 milyon dollar artıb

Cari ildə Azərbaycan Mərkəzi Bankının(AMB) xarici valyuta ehtiyatları valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə alışlar hesabına xalis olaraq 297 milyon ABŞ dolları həcmində artıb.

AMB-dən YeniAvropa-ya bildirilib ki, ilin ötən dövrü ərzində valyuta bazarında tələbin aşağı olması nəzərə alınmaqla növbəti 2 ay ərzində Mərkəzi Bankın xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcəyi proqnozlaşdırılır. Bundan əlavə, 2022-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 23-25 faiz intervalında profisitin olacağı proqnozlaşdırılır.