Qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən Şəhərə” layihəsi çərçivəsində Bakı və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar olaraq qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq.
“Kənddən Şəhərə” Qurban bayramı yarmarkasının təşkilində əsas məqsəd vətəndaşların qurbanlıq qoyunlara artan tələbatını ödəmək, alternativ qurbanlıq seçimi imkanlarını artırmaq və onlayn xidmətlərdən istifadəni təşviq etməkdir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən YeniAvropa-ya bildirilib ki, qurbanlıqların onlayn şəkildə sifarişi qurbanliq.kendden.az elektron portalı vasitəsilə həyata keçiriləcək. Elektron portal iyulun 5-dən vətəndaşların istifadəsinə veriləcək.
Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar qurbanliq.kendden.az saytına daxil olaraq 5 iyul 18:00-dan 8 iyul 18:00-dək şəxsi məlumatlarını mövcud xanalar üzrə qeyd edə və satış məntəqələri üçün onlayn növbə götürə bilərlər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürmək istədikləri məntəqə ünvanlarını, tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq iki kateqoriyada vətəndaşlara təklif olunur. Sifariş edilən qurbanlığın dəyəri diri çəkidə hər kiloqram üçün müəyyən olunmuş məbləğdə hesablanaraq ödəniləcək. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdikləri zaman portal üzərindən, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman ödəyəcəklər. Qurbanlıqlar yalnız diri formada vətəndaşlara təqdim olunacaq.
Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna sifarişin təsdiq edilməsi barədə SMS-bildiriş göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri tarix və saatda müvafiq ünvana yaxınlaşaraq mobil telefonlarına göndərilmiş təsdiq bildirişini göstərməklə sifariş etdikləri qurbanlığı əldə edə biləcəklər.
Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt ərazisində aşağıda qeyd edilən satış məntəqələrindən götürə biləcəklər:
Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 52C;
Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, 26 ;
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan yolu 22;
Səbail rayonu, Gülbala Əliyev küçəsi, 20;
Xətai rayonu, İnqilab İsmayılov küçəsi (5 saylı binanın arxası);
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 (“İnşaatçılar metro stansiyasının yaxınlığı);
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 110H;
Sumqayit şəhəri, Çerkassi küçəsi, 53-cü məhəllə.
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır