logo

Diasporla Komitəsinin bir qrup əməkdaşı təltif edilib

17:07 04-07-2022 | icon 742
Diasporla Komitəsinin bir qrup əməkdaşı təltif edilib

Prezident İlham Əliyev iyulun 4-də "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında" sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Muradov Fuad Rauf oğlu

“Tərəqqi” medalı ilə

Ağayev Ziya Zəvair oğlu

Əliyev Elşad Nuqay oğlu

Hüseynov Adil Hüseynağa oğlu

Xəlilova Esmira İsmət qızı

Qaraxanova Türkan Nazim qızı

Məmmədov Vüsal Adil oğlu

Rəcəbli Daşqın Allahverdi oğlu

Seyidbəyov Vaqif Həsən oğlu".