logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 356 min nəfəri ötür

18:23 02-07-2022 | icon 3150
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 356 min nəfəri ötür

İyulun 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2 min 587 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1350, ikinci doza vaksinlərin sayı 180, üç və daha çox doza vaksinlərin sayı 907, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 150-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 771 min 33, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 356 min 495, ikinci mərhələ üzrə 4 milyon 854 min 218, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 310 min 732, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 249 min 588-dir.