logo

Bakıda “Mercedes” yolu keçən piyadanı vurub öldürdü

11:01 01-07-2022 | icon 6363
Bakıda “Mercedes” yolu keçən piyadanı vurub öldürdü

İyulun 1-də saat 2 radələrində Nizami rayonu Babək prospektində Ağdaş rayon sakini B.Salamov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, piyada xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Nizami rayon Polis İdarəsi tərəfindən yol-nəqliyyat hadisəsini törədən sürücünün müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri aparılır.