logo

Paytaxtın bir neçə rayonu susuz qalacaq-Kür çayı bulanıb

10:10 30-06-2022 | icon 1652
Paytaxtın bir neçə rayonu susuz qalacaq-Kür çayı bulanıb

İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı azalıb.

“Azərsu” ASC-dən YeniAvropa-ya bildirilib ki, bununla əlaqədar Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən su alan kəndlərinə, həmçinin Bakının Qaradağ rayonuna, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.