logo

İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə görüşündə iştirak edib

16:36 29-06-2022 | icon 5544
İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə görüşündə iştirak edib

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib.

YeniAvropa xəbər verir ki, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Sonra dövlət başçılarının məhdud tərkibdə görüşü olub.

Daha sonra Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş keçirilib.

Prezident İlham Əliyev görüşdə çıxış edib.