logo

İrandan Azərbaycana 5 kq narkotika keçirmək istədilər

14:34 29-06-2022 | icon 1827
İrandan Azərbaycana 5 kq narkotika keçirmək istədilər

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xidmətin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, iyununda 28-də saat 18:00 radələrində Yardımlı rayonunun Ləzran kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sahibsiz halda kolluqluqların arasında gizlədilmiş bir ədəd bağlama içərisində təxmini çəkisi 5 kiloqram 845 qram narkotik vasitəyə (4855 qram heroin və 990 qram metamfetamin) bənzər maddələr aşkarlanaraq götürülüb.

Fаkt üzrə əməliyyat-istintaq tədbirləri dаvаm etdirilir.