Bakıda və Abşeron yarımadasında iyun ayının sonunadək şimal-qərb küləyi 15-20 metr/saniyə, yarımadanın bəzi yerlərində arabir 23-28 metr/saniyə olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.
Azərbaycanın rayonlarında iyun ayının sonunadək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.
Qərb küləyi arabir 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyə olacaq.
Çaylarda sululuğun artacağı ehtimal olunur.