logo

Bakıda daş karxanasında fəhlə kombaynın altında qalıb öldü

11:55 28-06-2022 | icon 2198
Bakıda daş karxanasında fəhlə kombaynın altında qalıb öldü

İyunun 25-də saat 3 radələrində Qaradağ rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyən 1973-cü il təvəllüdlü Coşqun Səfərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılan araşdırmalarla Coşqun Səfərovun karxanada işləyərkən qəflətən kombaynın geriyə hərəkət etməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində öldüyü müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.