Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun Şıxov, Bibiheybət və 20-ci sahə ərazisinə içməli suyun verilişi dayandırılıb.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəisi Anar Cəbrayıllı məlumat verib.
O bildirib ki, qəza briqadaları hadisə yerində işləyir.