İqtisadiyyat naziri Mikayıl Cabbarov Əbu-Dabi İnkişaf Holdinqinin baş icraçı direktoru Məhəmməd Həsən Alsuvaidi ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Görüşdə neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşuna dair fikir mübadiləsi apardıq. Kənd təsərrüfatı sahəsinə sərmayə yatırmaqda maraqlı olan Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) investorlarından ibarət nümayəndə heyətinin yaxın vaxtlarda Azərbaycana səfəri barədə razılığa gəldik”, - deyə M.Cabbarov qeyd edib.