Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində Bakı şəhərində növbəti görüşlər keçiriblər.
Agentlikdən YeniAvropa-ya verilən məlumata görə, layihə çərçivəsində Bakı şəhərində yerləşən Milli QHT Forumu və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ictimai birliklərinin ofisləri ziyarət edilib.
“QHT ziyarətləri”ndə Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və məsul əməkdaşları iştirak ediblər.
Görüşlər zamanı QHT sədrləri Umud Mirzəyev, Rauf Zeyni və Milli QHT Forumuna üzv olan QHT-lərin sədrləri Qorxmaz İbrahimli, Eyyub Hüseynov, İradə Rzazadə, Tünzalə Cavadova, Ayaz Hüseynov, Ramil Əliyev, Nərmin Kərimova və İlham İsmayılov öz fəaliyyətləri haqqında geniş məlumat veriblər. Onların təklifləri və problemləri dinlənilib.