Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mürsəl və Ağzıbir kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan
YeniAvropa-ya verilən məlumata görə, ümumi çəkisi 2 ton 300 kiloqram olan 3105 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.