Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 38 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 17, o cümlədən borclu şəxs qismində axtarılan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb,1 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.