logo

Sahibə Qafarova İstanbula Qlobal Parlament Konfransına yollanıb

20:20 19-06-2022 | icon 8694
Sahibə Qafarova İstanbula Qlobal Parlament Konfransına yollanıb

İyunun 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib.

YeniAvropa xəbər verir ki, Milli Məclisin sədri burada “Parlamentlər, miqrasiya və qaçqınlar üzrə qlobal sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək Qlobal Parlament Konfransında iştirak edəcək.

İstanbul Hava Limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım, ölkəmizin Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Azərbaycanın İstanbul şəhərində baş konsulu Nərminə Mustafayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər iyunun 21-də başa çatacaq.