Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz olacaq, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək, iyunun 22-si axşam, həmçinin iyunun 23-də arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 30-34°, Aran rayonlarında 33-38°, dağlıq rayonlarda 20-24° isti olacaq.