İyunun 23-dən 26-dək Bakıda 4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi Sərgisi təşkil olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasından bildirilib.
Qeyd edilib ki, dünyanın ən böyük sağlamlıq turizmi sərgisi olan HESTOUREX-nin post-pandemiya dövründə hər il fərqli bir məkanda keçirilməsi nəzərdə tutulur. Bu il dünyanın ən böyük sağlamlıq turizmi toplantısı HESTOUREX öz iştirakçılarını tamamilə yenilənmiş formada Azərbaycanın paytaxtı Bakı şəhərində salamlayacaq. Bu möhtəşəm görüşə 22 Avropa ölkəsi daxil olmaqla, dünyanın 65-dən çox ölkəsindən 1000-dən çox sağlamlıq turizmi təşkilatı qatılacaq. Türkiyənin də məşhur termal və sağlamlıq turizmi mərkəzlərinin iştirakı ilə baş tutacaq sərgidə minlərlə B2B görüşlərin təşkili planlaşdırılır. Sərgi zamanı çoxlu panellər və xüsusi təqdimatlar nümayiş olunacaq. İştirakçılar sərgi məkanında – "Baku Crystal Hall"da xəstəxanalar, klinikalar və turizm agentlikləri ilə işgüzar görüşlər keçirmə şansı əldə edəcək.
Sərgi rəsmi olaraq Azərbaycan Dövlət Turizm Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası tərəfindən dəstəklənir.
Sərgidə ziyarətçi qismində iştirak etmək istəyənlər ətraflı məlumat və qeydiyyat forması üçün aşağıdakı veb-sayta daxil ola bilərlər.
https://hestourexazerbaycan.com/en/visitor/