Azərbaycan Mərkəzi Bankı(AMB) 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına həsr olunmuş qızıl və gümüş xatirə pul nişanlarının tədavülə buraxılmasını elan edir.
AMB-dən YeniAvropa-ya bildirilib ki, müvafiq monetaların satışı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının(FİFA) rəsmi tərəfdaşı olan “MDM Münzhandelsgesellschaft MBH&CO KG Deutsche Münze” şirkəti (www.mdm.de) tərəfindən həyata keçiriləcək.