“Qaz İxrac” İdarəsinə məxsus “Göyçay-Ucar” yüksəktəzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissənin dəyişdirilməsi ilə bağlı iyunun 9-da saat 09:00-dan işlər başa çatanadək “Ucar” Qaz Paylayıcı Stansiyasından (QPS) qidalanan “Ucar”, “Lək” QPS-dən qidalanan “Lək 1-ci xətt”, “Zərdab” QPS-dən qidalanan “Zərdab”, magistral qaz kəmərindən qidalanan “Ucar Pambıq emalı zavodu” və “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azərqaz” İstehsalat Birliyindən YeniAvropa-ya bildirilib ki, təmir işləri görülən müddətdə Ucar və Zərdab rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.