Paytaxtda xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanıb
Artıq bir müddətdir ki, paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir. Dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edən bu məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində bir sıra aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə və görüşlər keçirilib, Bakıya xarici ölkələrdən alimlər, həmçinin BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri dəvət edilib. Həmin alim və mütəxəssislər paytaxt ərazilərində bir sıra yerlərdə araşdırmalar aparıblar.
Bakı şəhər İcra Hakimiyyəti Mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əsasən yaşı 40-45 il olan şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması ilə bağlı işlərdə yerli alimlər də iştirak edir. Mərkəzi Nəbatat Bağının alimlərinin iştirakı ilə ağacların müalicəsi məqsədi ilə təcrübələrə başlanılıb, onun fəsadlarının aradan qaldırılması yolları, yerli və xarici mütəxəssislərin təklifləri müzakirə edilir.
Qeyd edilməlidir ki, şam ağaclarında müşahidə edilən bu xəstəlik digər dövlətlərdə də qeydə alınıb və xarici alimlərin qeyd etdiyinə görə Bakıda bu xəstəliyə qarşı mübarizə tədbirləri Almaniya, Kanada və Amerikadakından xeyli yaxşı vəziyyətdədir.
Bu xəstəliklə mübarizə tədbirləri çərçivəsində yerli alimlərin apardığı təcrübələr davam edir. Təcrübə çərçivəsində Mərkəzi Nəbatat Bağında xəstəliyə yoluxan 9 ədəd Eldar şamının 3 müxtəlif üsulla peyvəndlənməsi aparılıb. Qısa vaxt ərzində ağaclarda baş verən müsbət dəyişikliklər araşdırılacaq, hansı peyvəndin daha uğurlu olması müəyyən ediləndən sonra şam ağaclarında kütləvi peyvəndləmə aparılacaq. Bu barədə mətbuat nümayəndələrinə Mərkəzi Nəbatat Bağının icraçı direktoru, biologiya üzrə elmlər doktoru Həsən Babayev məlumat verib.
Qeyd edilməlidir ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanıb, bu günə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin rəyi əsasında Bakı şəhərində xəstəliyə yoluxan və müalicəsi mümkün olmayan 3 min ədəd şam ağacı kəsilərək utilizasiya edilib.
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib
MİDA Sumqayıt və Lənkəranda tikdiyi mənzilləri satışa çıxarır
İlham Əliyev Qırğızıstana izgüzar səfərə gedib
Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 13 milyon ton neft çıxarılıb
Daxili İşlər Nazirliyi qadın əməkdaşlar üçün müsabiqə keçirir
İndiyədək BTC kəməri ilə 583 milyon ton neft nəql edilib
Cüdoçumuz Fərhad Rəcəbli 12 qat dünya çempionu olub
ABŞ-da prezident seçkiləri keçirilir
AQTA nöqsanlar aşkarlanan “Can Ciyər” kafesini bağlatdırıb
Azərbaycan nefti 76,19 dollara satılır
Küləkli hava şəraiti sabah səhər saatlarınadək davam edəcək
"İnterpol"la axtarılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir