logo

Bakının mərkəzində yaradılan qanunsuz parkinq sökülür

16:59 07-06-2022 | icon 1785
Bakının mərkəzində yaradılan qanunsuz parkinq sökülür

Bakının mərkəzində yaradılan qanunsuz parkinq sökülür.

YeniAvropa xəbər verir ki, artıq paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanına müvafiq qurum tərəfindən texnika və canlı qüvvə cəlb olunub.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Buna görə Nəsimi rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.

file.0-1-