İyunun 7-dən birinci ongünlüyünün sonunadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20, arabir 23-25 metr olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7° enəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 7-dən iyunun 11-i gündüzədək Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir saniyədə 15-20, bəzi yerlərdə arabir 23-28 metr olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.
Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-7° enəcəyi ehtimal edilir.