Bakıda Azərbaycan-Qazaxıstan biznes-forumu keçirilib
İyunun 7-də Qazaxıstan Respublikasının əmtəə istehsalçılarının Azərbaycan Respublikasında iqtisadi-ticarət missiyası və birgə biznes-forumu keçirilib.
YeniAvropa xəbər verir ki, tədbiri Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov açaraq biznes-forumun əhəmiyyətindən danışıb.
Diplomat Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Azərbaycan və Qazaxıstan arasında iqtisadi münasibətlərdə xüsusi əhəmiyyət kəsb etdiyini söyləyərək vurğulayıb ki, bu ilin sonunadək bu dəhliz vasitəsilə yük daşımaların həcminin 6 dəfəyədək artacağı proqnozlaşdırılır.
Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinə, KOBİA-nın biznesə dəstəyinə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb. Qeyd olunub ki, agentlik Qazaxıstanın müvafiq qurumları, o cümlədən “Damu” Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edir. KOBİA yerli KOB-lar ilə potensial xarici tərəfdaşlar, o cümlədən Qazaxıstandan olan iş adamları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün də çalışır. Qazaxıstanın iş adamları Azərbaycana investisiya qoyuluşu, yerli tərəfdaşların tapılması üçün KOBİA-nın müxtəlif dəstək və xidmətlərindən istifadə edə bilərlər.
Azərbaycanla Qazaxıstan arasında mühüm iqtisadi tərəfdaşlığın olduğunu vurğulayan “QazTrade” SC-nin baş direktoru Azamat Askarulı 2021-ci ildə ölkələr arasında əmtəə dövriyyəsinin 300 milyon ABŞ dolları təşkil etdiyini diqqətə çatdırıb. O, yaxın zamanlarda bu rəqəmin 500 milyon dollar olacağına əminliyini bildirib.
“Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu” Respublika Dövlət Müəssisəsinin baş direktoru Qabit Muxambetov “Qazaxıstan perspektivli regional ixrac qovşağı kimi” mövzusunda məruzə ilə çıxış edib.
Biznes-forum çərçivəsində Azərbaycan və Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb.
“Gəncə İş Adamları” İctimai Birliyinin sədri Zəfər Məmmədov və “QazTrade” SC-nin baş direktoru Azamat Askarulı Əməkdaşlıq Memorandumu imzalayıblar. Həmçinin metal məhsullarının, günəbaxan yağının, duzun, düyünün, lak və boya məhsullarının tədarükü haqqında da sənədin imzalanması baş tutub.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb