logo

Azərbaycan-Qazaxıstan Birgə Komissiyasının növbəti iclası gələn ay Nursultanda  keçiriləcək

12:44 07-06-2022 | icon 3038
Azərbaycan-Qazaxıstan Birgə Komissiyasının növbəti iclası gələn ay Nursultanda  keçiriləcək

İyulun 4-5-də Nursultan şəhərində Qazaxıstan və Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi planlaşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov məlumat verib. 

Diplomat qeyd edib ki, iclasda ölkələr arasında müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.

“Bu il Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd edirik. Hazırda 2026-cı ilədək əməkdaşlığın inkişafı üzrə kompleks proqram hazırlanır. Pandemiyaya baxmayaraq, Azərbaycan və Qazaxıstan arasında əmtəə dövriyyəsi artır, avireyslər, onlarla yanaşı isə işgüzar və insanlar arasında əlaqələr bərpa olunub”, - deyə səfir sözlərinə əlavə edib.

Diplomat Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının da yaradılacağını vurğulayıb: “Qazaxıstan öz tərəfindən işləri artıq tamamlayıb. Bu platforma ölkələrin biznes dairələri arasında müntəzəm dialoqa, iqtisadi-ticarət və investisiya əməkdaşlığının möhkəmləndirilməsinə xidmət edəcək”.