Mayın 28-də Heydər Əliyev Beynəlxalq Aeroportunda “LOT” aviaşirkətinin Varşavadan yerinə yetirilmiş ilk sərnişin reysinin təntənəli açılışı olub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,aviasiya ənənəsinə görə, salamlama əlaməti olaraq təyyarə su tağı ilə qarşılanıb.
Varşavadan Bakıya və geriyə uçuşlar həftədə dörd dəfə “LOT” aviaşirkəti tərəfindən yerinə yetiriləcək.