“Ukraynanın uzunmüddətli dəstəyə ehtiyacı olacaq”.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv dövlətlərə müraciətində bildirib.
“Buna hazır olmağa çağırıram”, -deyə o, vurğulayıb.
Baş katib qeyd edib ki, 13 həftəlik müharibə zamanı Rusiya çox ciddi straterji səhvlərə yol verib: “Kremlin başçısı Valdimir Putin özünün sürətli işğal planını həyata keçirə bilmədi. Eyni zamanda Ukrayna müqavimət göstərməyə hazır və imkanı olduğunu sübut etdi”.
Y.Stoltenberq bildirib ki, NATO-nun əsas, vacib tapşırığı uzunmüddətli perspektivdə Ukraynaya yardım etməkdir: “Bu səbəbdən müttəfiqləri təchizat ehtiyatlarını artırmağa çağırıram. Müharibə uzunmüddətli olacaq. Ona görə də NATO-nun ilk vəzifəsi Ukraynaya uzun müddətə dəstək verməkdir. Çünki bu, getdikcə daha çox yorucu müharibə olur".
Baş katib xatırladıb ki, NATO münaqişənin heç bir tərəfində deyil və gərginliyin artmasını istəmir.